Azərbaycanın qadın güləşçisi dünya çempionatında bürünc medal qazana bilər
19
avq
2025
22:36
Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazana bilər.
Günay Qurbanova (59 kq) debütdə misirli Rahma Bedivi üzərində inamlı qələbə qazanıb – 6:0.
Güləşçimiz daha sonra litvalı Anna Tielieginaya tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala yüksəlib. İsveçli Karin Samuelssonla qarşılaşma gərgin mübarizə şəraitində keçib.
Son saniyələrdə qayda pozuntusuna görə üstünlüyü əldən verən Günay qələbədən məhrum olub – 7:8.
Qurbanova sabah bürünc medal uğrunda güləşəcək.
Oxşar xəbərlər
"Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb
Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı paytaxtda əsl idman bayramına çevrilib. BAKU.WS xəbər verir ki, "Alufar I...