Azərbaycanın minifutbol millisi ikinci dəfə Avropa çempionu oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.
BAKU.WS xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib.
"Tipos Arena"dakı oyun 2:0 hesabı ilə bitib.
Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.
Beləliklə, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğudur. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.
Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...