Azərbaycanın kişi şahmatçılardan ibarət millisi Olimpiadaya darmadağınla başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərində start götürən Ümumdünya Şahmat Olimpiadasına qələbəylə start verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, yığma komanda ilk görüşündə Əlcəzair seçməsinə 4:0 hesabı ilə qalib gəlib.
Azərbaycan – Əlcəzair 4:0
Rauf Məmmədov – Əli Nəssr 1:0
Qədir Hüseynov – Lamin Brahami 1:0
Vasif Durarbəyli – Massinas Cabri 1:0
Nicat Abbasov – Kalil Benqerabi 1:0
Qeyd edək ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisi də hazırda BƏƏ ilə qarşılaşır. Milli komanda hazırda 3:0 hesabı ilə öndədir.
Oxşar xəbərlər
Teymur Rəcəbov: "Azərbaycanın şərəfini qorumaqdan heç vaxt imtina etmərəm"
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak etməməsinə aydınlıq gətirib. BAKU.WS qrossmeyste...