Azərbaycanın kəmər güləşçiləri Türkmənistanda üç medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan idmançıları Türkmənistanın Aşqabad şəhərində kəmər güləşinin koreş və alış növləri üzrə keçirilən "A" kateqoriyalı beynəlxalq turnirdə bir gümüş və iki bürünc medal qazanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli İdman Növləri Assosasiyası məlumat yayıb.
Azərbaycan təmsilçilərindən Ariz Hüseynov 68 kq-da koreş yarışında üçüncü olub. Həmçinin idmançı 70 kq çəki dərəcəsində alış növü üzrə yarışıb və bu dəfə ikinci yeri tutub. Alış növü üzrə yarışan Fidan Hüseynova (60) da bürünc medal sahibi olub.
Qeyd edək ki, turnirdə 14 ölkədən 170-dən çox idmançı iştirak edib.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...