Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
20
avq
2026
20:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın 2 qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatının finalına yüksəlib.
BAKU.WS xəbər verir ki, Günay Qurbanova (57 kq) yarımfinalda hindistanlı Tanvi Qundeş Maqdumla üz-üzə gəlib.
Rəqibini məğlub edən Qurbanova həlledici görüşə vəsiqə qazanıb.
Ruzanna Məmmədova (59 kq) eyni raundda Eda Balaşa (Macarıstan) rəqib olub.
Təmsilçimiz tam üstünlüklə (11:0) qalib gələrək finala yüksəlib.
Xatırladaq ki, hər iki güləşçi qızıl medal uğrunda görüşə avqustun 21-də çıxacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...