Azərbaycanın futzal yığması Qazaxıstana uduzub
Yeniliklərdən dərhal xəbərdar olun
Futzal üzrə dünya çempionatının əsas mərhələsinə hazırlaşan Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Aktaudakı "Halyk Arena"da oynanılan matçda rəqib Qazaxıstan yığması olub. Görüşü yerli hakimlər Talqat Kosmukhambetov, Turekhan Tursumbayev və Roman Dzusov idarə ediblər.
Qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisindən qolları 7-ci və 16-cı dəqiqələrdə Ramiz Çovdarov, 12-ci dəqiqə isə Rafael Vilela vurub.
Qeyd edək ki, yığmalar arasında növbəti oyun sentyabrın 20-də olacaq.
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...