Azərbaycanın futbol millisi İslamiadada bürünc medal qazanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında sonuncu oyununu keçirib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda üçüncü yer uğrunda görüşdə Əlcəzair seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.
Burada daha dəqiq çıxış edən Azərbaycan yığması İslamiadanın bürünc medalına sahib çıxıb. Milli penaltilər seriyasında 4:3 hesablı qələbə qazanıb.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarına baxıb - FOTO
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. H...