Azərbaycanın FIFA referisi İngiltərə - Almaniya oyununu idarə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun müəyyənləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, C qrupunun III turundakı İngiltərə - Almaniya görüşündə baş hakim olacaq.
Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.
Qeyd edək ki, iyunun 28-də "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika - Niderland (0:0) matçını idarə edib.
Oxşar xəbərlər
"Qarabağ" bu gün "Qalatasaray"la qarşılaşacaq
Bu gün Bakıda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında xeyriyyə oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq...