Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb
Azərbaycanın futzal üzrə FIFA referisi Əli Cəbrayılov UEFA-dan təyinat alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, Çempionlar Liqasının ilkin mərhələsində B qrupunun oyunlarında ədaləti qoruyacaq.
Cəbrayılov avqustun 21-də gerçəkləşəcək "Fiorentino" (San Marino) - "Amiqo Northwest" (Bolqarıstan) matçında birinci hakim olacaq.
Beynəlxalq dərəcəli hakim bir gün sonra "Fiorentino" (San Marino) - "Minerva" (İsveçrə) görüşündə üçüncü, "Amiqo Northwest" (Bolqarıstan) - "Pro Futsal Cymru" (Uels) qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, B qrupunun oyunları Bolqarıstanın paytaxtı Sofiyada gerçəkləşəcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - YENİLƏNİB-7
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı başa çatıb. Qarşılaşma qona...