Azərbaycanın ən gənc dünya çempionu: "Finalda erməniəsilli boksçuya qalib gəldim"
Rusiyalı boksçuya qalib gəldim.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycan boksçusu Sübhan Mamedov jurnalistlərə açıqlamasında deyib.
"Çox yaxşı hazırlaşmışdım. İnanırdım ki, çempion olacağam. Bu yarışa çempion olmaq üçün getmişdim. Çətinliklər olsa da, qalibiyyəti bacardım", - idmançı söyləyib.
S.Mamedov gələcək hədəfləri barədə də danışıb:
"Bundan əvvəl noyabrın 23-də Avropa çempionatına getmişdim. Ayın 30-da oradan qayıdıb, dünya çempionatında iştirak etmək üçün Dubaya yola düşdüm. 2028-ci ildə keçiriləcək Olimpiya oyunlarına hazırlıqlar başlayır. Növbəti hədəfim yenə də çempion olmaqdır".
Qeyd edək ki, Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının finalında Rusiya təmsilçisi Edmond Xudayana qalib gəlib. Bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.
Oxşar xəbərlər
Tahir Gözəl "Qarabağ"ın üzvləri ilə görüşüb
"Qarabağ"ın prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüşüb. BAKU.WS xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. O, Misli Pr...