Azərbaycanın dörd boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib
Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda Azərbaycanın dörd boksçusu yarımfinala vəsiqə əldə edib.
BAKU.WS Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 50 kq-da Sübhan Mamedov Rudolf Qarboyan (Ermənistan) üzərində qələbə qazanıb.
Rəqib zədələndiyindən döyüşü davam etdirə bilməyib. Mamedov növbəti görüşdə Anvarjan Xodjiyevlə (Qırğızıstan) üz-üzə gələcək.
Nəbi İsgəndərov (70 kq) ardıcıl üçüncü qələbəsini qazanıb. O, 1/4 finalda Farux Toxtassunovu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb - 3:2 (29:28, 30:27, 29:28, 27:30, 28:29). İsgəndərov yarımfinalda Kayan Reysi (Braziliya) sınağa çəkəcək.
Səidcəmşid Cəfərov (75 kq) Sanjar-Ali Beqaliyevə (Qazaxıstan) qalib gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Qabriel Quidi Rontani (İtaliya) ilə döyüşəcək.
Məhəmməd Abdullayev (+90 kq) də növbəti qələbəsini qazanıb. 1/4 finalda hər 3 raundu aktivinə yazan milli üzvü Luka Pratljaçiçə (Xorvatiya) heç bir şans verməyib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, üçüncü qarşılaşmasında Omar Şina (Norveç) ilə döyüşəcək.
Yarımfinala yüksələn dörd boksçumuzun hər biri özü üçün azı bürünc medalı təmin edib.
Qeyd edək ki, Dünya Kubokuna aprelin 26-da yekun vurulacaq.
Qalereya
Oxşar xəbərlər
Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır
2026-cı il dünya çempionatının final oyununa biletlər fantastik qiymətə satışa çıxarılıb. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, biletlərin qiymətləri reko...