Azərbaycanın cüdo yığması Avropa Oyunlarına qələbə ilə başlayıb - YENİLƏNİB

Azərbaycanın cüdo yığması Avropa Oyunlarına qələbə ilə başlayıb - YENİLƏNİB
İdman 43

Cüdo üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov, İmran Yusifov (hər ikisi +90 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq), Nərmin Əmirli və Nigar Süleymanovadan (hər ikisi +70 kq) ibarət kollektiv qarışıq komanda yarışlarında ilk görüşünü 1/16 finalda Çexiyaya qarşı keçirib.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Azərbaycan yığması 1/8 finalda Fransa seçməsinə rəqib olub.

***09:46

Polşada keçirilən III Avropa Oyunlarının 11-ci günündən sonra Azərbaycanın aktivindəki medalların sayı artıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, ölkə 2 qızıl, 1 gümüş və 6 bürünc medalla ümumi sıralamada 1 pillə geriləyərək, 25-ci sıraya enib.

İlk üçlükdə isə dəyişiklik olmayıb. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (24 qızıl, 23 gümüş, 32 bürünc) başçılıq edir. İspaniya (19 qızıl, 13 gümüş, 17 bürünc) ikinci, Ukrayna isə (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncü pillədəki mövqeyini qoruyub.

İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib. Onlardan 34-ü çempionluq sevinci yaşayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər