Azərbaycanın bu klubu qapıçısını "Instagram" vasitəsilə alıb

Azərbaycanın bu klubu qapıçısını Instagram vasitəsilə alıb
İdman 135

"Azərbaycana gedişim təsadüf nəticəsində alındı. Bir nəfər mənə instaqramda yazdı və müqaviləni skan etdi. 4 aylıq sözləşməyə imza atdıqdan sonra bu ölkəyə yollandım".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Kəpəz"in sabiq qapıçısı Sergey Litovçenko Gəncə klubuna keçidi barədə müsahibəsində deyib.

Ukraynalı qolkiper Azərbaycandakı karyerasının yaxşı alınmadığını bildirib: "Altı aydan sonra pulları da geri qaytardıq. "Kəpəz"lə bağlı çox da yaxşı təəssüratlarım qalmayıb. Düzünü desəm, oraya qayıtmaq istəməzdim. Hətta Gürcüstanda Azərbaycandakından daha çox pul qazanırdım".

Qeyd edək ki, hazırda Qazaxıstanın "Akjayık" klubunda çıxış edən Sergey Litovçenko 2018-ci ildə "Kəpəz"in formasını geyinib. Komanda I Diviziona düşdükdən sonra 34 yaşlı qolkiperlə vidalaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər