Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda ikinci olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, finalda Niderland seçməsi ilə üz-üzə gələn yığma 12:21 hesabı ilə uduzub.
Milli daha əvvəl ABŞ-a qarşı keçirdiyi yarımfinal matçında 22:20 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edib.
***
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda finala yüksəlib.
BAKU.WS xəbər verir ki, yarımfinalda ABŞ seçməsi ilə üz-üzə gələn yığma 22:20 hesablı qələbə qazanıb.
Azərbaycanın həlledici mərhələdəki rəqibi Kanada və Niderland millilərindən biri olacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...