Azərbaycanı III MDB Oyunlarında təmsil edəcək cüdoçular açıqlanıb

Azərbaycanı III MDB Oyunlarında təmsil edəcək cüdoçular açıqlanıb
İdman 40

Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində 4-5 oktyabr tarixlərində keçirələcək cüdo yarışlarında Azərbaycanı təmsil edəcək cüdoçular bəlli olub.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, turnirdə Azərbaycanı 16 çəki dərəcəsində 28 cüdoçu (16 oğlan, 12 qız) təmsil edəcək.

Heyəti təqdim edirik:

Qızlar

-40 kq

Sunay Salamova.

-44 kq

Gülşən Hüseynova;

Xədicə Abdullayeva.

-48 kq

Leyla Ələkbərova;

Nərmin Ağamirzəzadə.

-52 kq

Aysun Məmmədova.

-57 kq

Nəzakət Vəliyeva;

Gülnaz Məmmədtağıyeva.

-63 kq

Ayan Əliyeva.

-70 kq

Fidan Cəlilli;

Məsumə Məmmədli.

+70 kq

Zemfira Əliyeva.

Oğlanlar

-50 kq

Devid Mahmudov;

Anar Quliyev.

-55 kq

İbrahim Talıbov;

Məhəmmədəli Hüsiyev.

-60 kq

Zeyd Ələsgərov;

Röyal Qayıbov.

-66 kq

Hüseyn Hüseynov;

Fəxri Sahibzadə.

-73 kq

Sadiq Məmmədov;

Yusif Nəzər.

-81 kq

Məhəmməd Ağakişiyev;

Abdulla Rəhmətov.

-90 kq

Nurəddin Əliyev;

Səid Hüseynov.

+90 kq

Tunar Fərzəliyev;

Sübhan Axundov.

Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Kotaro Sasaki və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçilər Əmrah Əhmədov, İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Qeyd edək ki, III MDB Oyunlarının cüdo yarışlarında ölkəmizlə yanaşı, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan 91 idmançı (50 oğlan, 41 qız) qüvvəsini sınayacaq. Cüdo yarışları oktyabrın 4-5-də Göygöl Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Son xəbərlər