Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanı İsraildə keçiriləcək dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub.
Azərbaycan Şahmat Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə yığmanın heyətində mundialda iştirak edəcək.
AŞF-in təşkil etdiyi seçim turnirinin nəticələrinə əsasən, Süleymanlı qalib olub. Hüseynov ikinci yeri tutub. Əsədli və Məmmədov isə yarışı 3-4-cü yerlərdə başa vurub.
Qeyd edək ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da 19 - 26 noyabrda keçiriləcək dünya çempionatında millinin şərəfini qoruyacaq.
Oxşar xəbərlər
Teymur Rəcəbov: "Azərbaycanın şərəfini qorumaqdan heç vaxt imtina etmərəm"
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak etməməsinə aydınlıq gətirib. BAKU.WS qrossmeyste...