Azərbaycanda iki futbol klubunun adı dəyişdirilib
I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Artıq "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altında mübarizə aparacaq.
Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər PFL-ə təqdim edilib.
Qeyd edək ki, liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klub əvvəlki klubun PFL üzvlüyünə malik olur, yarışlarda iştirak etməklə bağlı əvvəllər ortaya çıxan bütün öhdəlikləri yerinə yetirir.
Oxşar xəbərlər
Rahid Əmirquliyev "Səbail"də həm futbolçu, həm də klub prezidentinin müşaviri olacaq
"Səbail"in yeni transferi Rahid Əmirquliyev komandada həm futbolçu, həm də klub prezidenti Mirzə Bayrampurun müşaviri kimi fəaliyyət göstərəcək. BAKU.WS xəbər v...