Azərbaycanda futbol qarşılaşmasında hamını duyğulandıran hərəkət - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ" və "Qəbələ" klubları arasında baş tutan qarşılaşmada ibrətamiz epizod qeydə alınıb.
BAKU.WS xəbər verir ki, qonaqların qapıçısı Nicat Mehbalıyev rəqib komandanın fanatlarının olduğu tribunaya yaxınlaşıb. Buna səbəb isə tribunaya asılmış "İmarət tayfa" üzvü olan şəhidin plakatının əyilməsi olub.
"Qarabağ"ın futbolçusunun zərbəsindən sonra top şəhidin plakatına dəyib. Meydandan çıxan topu gətirmək əvəzinə Nicat Mehbalıyev əvvəlcə şəhidin plakatını düzəldib.
"Qəbələ"nin qapıçısının etdiyi bu hərəkət stadiondakı azarkeşləri həm duyğulandırıb, həm də Nicat Mehbalıyevə olan rəğbəti artırıb. Matçdan sonra "Qarabağ"ın azarkeşləri Nicat Mehbalıyevi tribunaya çağıraraq ona təşəkkür ediblər.
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...