Azərbaycanda futbol matçlarında su fasiləsinin müddəti və qaydası dəyişdirilib
Azərbaycanda futbol matçlarında tətbiq edilən su fasiləsinin müddəti 1 dəqiqəyə endirilib və verilmə qaydası dəyişdirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov deyib.
O, bundan sonra qərarın hakimlər tərəfindən deyil, oyun öncəsi AFFA nümayəndəsi tərəfindən veriləcəyini bildirib. Belə ki, oyundan öncə AFFA nümayəndəsi hər iki komandaya fasilədən istifadə olunacağı barədə məlumat verməlidir. Yalnız bundan sonra 1 dəqiqəlik su fasiləsi elan olunacaq.
Komitə sədri fasilənin hava şəraitindən asılı olaraq müəyyənləşdirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, normalda havanın temperaturu 32 dərəcəyə çatdıqda su fasiləsi verilir. Lakin avqustda Bakıda 30 dərəcə istidə rütubətlilik yüksək olduğu üçün AFFA nümayəndələri lüzum görərsə, su fasiləsi barədə qərar verə bilərlər.
Oxşar xəbərlər
93-cü dəqiqədə vurulan qol rusiyalıya 1,65 milyon qazandırıb
Rusiya Birinci Liqasında keçirilən "Ufa" – "KAMAZ" matçının 93-cü dəqiqəsində vurulan qol bir mərc iştirakçısına 1,65 milyon rubl qazandırıb. BAKU.WS xəbər veri...