Azərbaycan voleybolçuları lll MDB Oyunlarında bürünc medal qazanmalarını uğur hesab ediblər

Azərbaycanın voleybol üzrə qızlardan ibarət U-15 millisinin üzvləri lll MDB Oyunlarında bürünc medal qazanmalarını uğurlu nəticə hesab ediblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, onlar bunu Özbəkistanı üçüncü yer uğrunda məğlub etdikləri görüşdən sonra deyiblər.
Aydan Mirzəyevə bu qələbənin növbəti uğurlar üçün bir təkan olacağını söyləyib:
"Birinci setə yaxşı başlamadıq. Lakin sonra toparlanmağı bacardıq. Bir neçə aydır hazırlaşırdıq və bu gün bürünc medal qazandıq. Məşqçilərimizə, bizə dəstək olan hər kəsə təşəkkür edirəm".
Komandanın digər üzvü Aylin Əlizadə isə öncədən hədəflərinin finalda oynamaq olduğunu vurğulayıb:

"Bundan öncəki oyunda, təəssüf ki, uduzduq və finala çıxa bilmədik. Bu matçda isə medal qazanmaq üçün əlimizdən gələni etdik və şükürlər olsun ki, qələbə qazandıq. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirik".
Xatırladaq ki, Azərbaycanın U-15 millisi üçüncü yer uğrunda görüşdə Özbəkistanı 3:1 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində karate idman növü üzrə yarışlara yekun vurulub. Fövqəladə Hal...
