III MDB Oyunları: Azərbaycan üzgüçüləri bu gün dördüncü medalı qazanıblar

III MDB Oyunları: Azərbaycan üzgüçüləri bu gün dördüncü medalı qazanıblar
İdman 54

Azərbaycanın daha bir üzgüçüsü III MDB Oyunlarında gümüş medal qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Süleyman İsmayılzadə 200 metr məsafəyə sərbəst üsulla üzməkdə ikinci yeri tutub.

Rusiyalı Boqdan Toropkin qızıl, onun həmyerlisi Matvey Nesterov bürünc medala sahib çıxıb.

*** 11:08

Azərbaycanın daha iki təmsilçisi III MDB Oyunlarında medal qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Mehri Əbdürəhmanlı gümüş, Anastassiya Gnussina bürünc mükafat əldə edib.

Onlar 200 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə uğurlu çıxış ediblər.

Qızıl medala rusiyalı Anastasiia Chernyshova sahib çıxıb.

*** 10:51

Azərbaycan üzgüçüsü Oktay Hüseynov III MDB Oyunlarında medal qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı gümüş mükafata sahib çıxıb.

O, 200 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə uğurlu çıxış edib. Rusiyalı Maksim Starovoitov qızıl, özbəkistanlı Javlonbek Qaniyev bürünc medala sahib çıxıb.

Oxşar xəbərlər

Premyer Liqa oyununda işıq söndü

Premyer Liqa oyununda işıq söndü

Premyer Liqanın 6-cı turunda keçirilən "Sabah" - "Sumqayıt" oyunu zamanı stadionun projektorunda problem yaranıb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir k...

151 İdman 21:24 28 sentyabr 2025

Son xəbərlər