Azərbaycan üzgüçüsü: "Növbəti İslamiadada bütün medallarım qızıl olacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
"50 metr baterflay üsulu ilə üzmədə gümüş və 100 metr baterflay üsulu ilə üzmədə bürünc medal qazandım. Əsas məqsədim isə 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb, bayrağımızı yüksəltməkdir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarının ikiqat mükafatçısı olan Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah deyib.
Əslən Cənubi Azərbaycandan olan 18 yaşlı idmançı növbəti İslamiadada qızıl medallar qazanacağını bildirib: "100 metr baterflay üsulu ilə üzmənin təsnifat mərhələsində 01:01.28 nəticə göstərməklə İslamiadanın rekordunu qırdım. Düzdür, finalda qızıl medal qazanmaq qismət olmadı və bu rekordum birinci olan türkiyəli Dəniz Ərtan tərəfindən yeniləndi. İnşallah, 2025-ci ildə keçiriləcək İslamiadada bütün medallarım qızıl olacaq".
Oxşar xəbərlər
Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarına baxıb - FOTO
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. H...