Azərbaycan UEFA reytinqində irəliləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan futbolu UEFA reytinq cədvəlində növbəti irəliləyişə imza atıb.
BAKU.WS-in məlumatına görə, bu yüksəliş UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda "Qarabağ" klubunun Almaniyanın "Ayntraxt" (Frankfurt) komandası üzərində qazandığı qələbə ilə birbaşa əlaqəlidir.
Ağdam təmsilçisinin bu uğurlu nəticəsi ölkə reytinqinə əlavə olaraq 0,500 əmsal qazandırıb. Bunun nəticəsində Azərbaycanın ümumi göstəricisi 22,750-yə yüksəlib və ölkə UEFA reytinqində 27-ci pillədə qərarlaşıb.
Hazırda Azərbaycan Slovakiyanı geridə qoyub. 28-ci sırada yer alan Slovakiyanın aktivində 22,375 əmsal mövcuddur.
Qeyd edək ki, UEFA-nın ölkə reytinqinə İngiltərə böyük üstünlüklə liderlik edir. İngilislərin ümumi əmsalı 106,991 olaraq qeydə alınıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...