Azərbaycan taekvondoçusu: "III MDB Oyunlarında qızıl medal qazanmaq möhtəşəm hissdir"
Yeniliklərdən dərhal xəbərdar olun
III MDB Oyunlarında qızıl medal medal qazanmaq Azərbaycan taekvondoçusu Ziya Həsənli (63 kq) üçün möhtəşəm hissdir.
BAKU.WS xəbər verir ki, idmançı ölkəmizdə keçirilən yarışda uğurlu çıxışı ilə bağlı açıqlama verib.
O, turnirə ciddi hazırlaşdığını bildirib:
"Məqsədimə çatdım və buna görə sevinirəm. Xüsusilə final döyüşü çox çətin oldu, amma qalib gələ bildim. MDB Oyunlarında taekvondo tariximizdə ilk qızıl medalı qazanmaq möhtəşəm hissdir. Üç rəqiblə qarşılaşdım. Ən çətini isə sonuncu döyüş oldu. Amma buna hazır idim və bunu bacardığıma görə çox sevinirəm", - deyə o bildirib.
Taekvondoçunun sözlərinə görə, növbəti hədəfi olimpiya çempionu olmaqdır.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...