Azərbaycan taekvondoçusu: "Hakimin səhvi ucbatından qızıl medal əldən çıxdı"
Yeniliklərdən dərhal xəbərdar olun
"Belə bir yarışda finaladək irəliləmək böyük uğurdur. Təbii ki, qalib gəlmək istəyirdim. Hətta buna yaxın idim. Amma son 8 saniyədə hakimin səhvi ucbatından qızıl medal əldən çıxdı".
Bunu "Report"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında Avropa Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Səyyad Dadaşov deyib.
54 kq çəki dəcəsində finalda ispaniyalı Uqo Arilya Vaskesə uduzan idmançı bildirib ki, buna görə pis olmağa dəyməz: "Bəzən haqsızlıqlar olur. Döyüşdüyüm idmançı son dünya çempionatının gümüş mükafatçısı idi. Artıq gələcəyə baxmaq lazımdır. Yaxşı hazırlaşıb qızıl medal qazanmalıyam".
Oxşar xəbərlər
Avropa Oyunları: Azərbaycan taekvondoçusu finalda
Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb. “Report”un yarışa ezam olunmuş əməkdaşının məlum...