Azərbaycan taekvondoçuları Avropa Multioyunlarında daha üç medal qazanıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın yeniyetmə taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Multioyunlarında daha üç medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, yarışın ikinci günü dayanq üzərinə çıxan idmançılardan İlyas Hətəmli (160 sm) və Şəms Əlizadə (160 sm) çempion tituluna yiyələniblər. Yalnız finalda komanda yoldaşına məğlub olan Novruz Əliyev gümüş medala layiq görülüb.
Azərbaycan yeniyetmələrin yarışında ümumi hesabda oğlanlar arasında ikinci, qızların mübarizəsində üçüncü olub.
Beləliklə, milli komanda Avropa Multioyunlarını altı medalla bitirib. Yarışın ilk günü Məmməd Abdullayevin rəhbərlik etdiyi yığmanın heyətində Məhəmməd Həsənli (48 kq) ikinci, Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) isə üçüncü yeri tutublar.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları Avropa çempionatında komanda hesabında birinci yeri tutub
Xorvatiyanın Poreç şəhərində iyunun 23-dən 25-dək keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışları başa çatıb. Azərbaycan cüdoçula...