Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın Sardiniya adasındakı gənclər arası dünya çempionatında iştirak edən Azərbaycan şahmatçısı Gövhər Beydullayevaya texniki qələbə verilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, buna 19 yaşlı qrossmeysterin VI turda qarşılaşdığı hindistanlı Nutakki Priyankanın cibində qulaqcıq aşkarlanması səbəb olub.
Hadisə görüşdən sonra keçirilən ənənəvi yoxlanış zamanı baş verib. Priyanka oyun vaxtı qulaqcıqdan istifadə etməsə də, qaydalara uyğun olaraq, texniki məğlubiyyət alıb və mundialdan kənarlaşdırılıb.
Qeyd edək ki, məhz bu qələbədən sonra Gövhər Beydullayeva 5,5 xalla vahid lider olub. O, ən yaxın izləyicisini 0.5 xal qabaqlayır.
Oxşar xəbərlər
FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk etdi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk "10-luq"da yenə Azərbaycandan yalnız Şə...