Azərbaycan Qran-prisi: “Formula-1”də sprint yarışının təsnifat mərhələsi başa çatdı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü il Azərbaycan Qran-prisində “Formula-1” üzrə sprint yarışının təsnifat mərhələsi başa çatıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ən yaxşı nəticəni “Ferrari”nin pilotu Şarl Lekler göstərib.
“Red Bull”dan Serxio Peres 2-ci, onun komanda yoldaşı Maks Ferstappen 3-cü olub.
***12:39
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsi başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 12:30-da start götürən "Sprint shootout" üç sessiyadan ibarət olacaq.
Mübarizənin təxminən bir saat davam edəcəyi gözlənilir.
Qeyd edək ki, "Formula 1"də əsas sprint yarışı saat 17:30-da başlayacaq.
Oxşar xəbərlər
"Formula 1": Lekler sıralama turunu ilk pillədə başa vurub - FOTO - YENİLƏNİB - 5
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. BAKU.WS report-a istinadən xəbər verir ki, "Ferrari" pilotu Şarl Lekler mübarizəni birinci p...