Azərbaycan qılıncoynadanı III MDB Oyunlarında bürünc medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, şpaqa növündə mübarizə aparan idmançı yarımfinalda Rusiya təmsilçisi Anastasiya Zabelinaya (14:15) məğlub olub.
Bununla da idmançımız fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, qılıncoynatma üzrə yarışlar Gəncə İdman Sarayında keçirilir.
***14:35
Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medalı özü üçün təmin edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, şpaqa növündə uğur qazanan idmançı 1/4 finalda Rusiya təmsilçisi Anastasiya İlyuşenkoya qalib gəlib.
M.Abasovanın yarımfinaldakı rəqibi Anastasiya Zabelina (Rusiya) olacaq.
Qeyd edək ki, qılıncoynatma üzrə yarışlar Gəncə İdman Sarayında keçirilir.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...