Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
Misli Premyer Liqasında XXX turun daha iki oyunu bu gün keçiriləcək.
BAKU.WS xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirən "Sabah" "Şamaxı"nın qonağı olacaq.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.
Birinci pillədəki "Sabah"ın 72, meydan sahiblərinin 35 xalı var.
Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionundakı görüş saat 18:30-da başlayacaq. "Qartallar" 46 xalla beşinci, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
"Bakı Marafonu 2026" başlayıb
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan "Bakı Marafonu 2026"ya start verilib. BAKU.WS xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, A...