Azərbaycan Premyer Liqası: "Sabah" - "Şamaxı" matçında qalib müəyyənləşməyib
04
avq
2024
19:47
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün I turunda daha bir görüş keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, “Şamaxı” klubu Masazırda “Sabah”ın qonağı olub.
Görüşdə 4 qol vurulmasına baxmayaraq qalib müəyyənləşməyib - 2:2.
Meydan sahiblərinin heyətində Namik Ələskərov (16) və Xəyal Əliyev (32) fərqlənib. “Şamaxı” komandasından isə Rüfət Abbasov (44) və Belajdi Pusi (52) rəqib qapısına yol tapıb.
Qeyd edək ki, ilk tura bu gün Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” - “Səbail” matçı ilə yekun vurulacaq.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB - 11
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Sabah" - "Makkabi" (Hayfa, İsrail) ilə qarşılaşıb. Bakıdakı “Bank Respublika Arena”da baş tutan...