Azərbaycan Premyer Liqası: "Qarabağ" Qəbələdə xal itirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqası XII tura yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında baş tutub. Mərkəzi qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
69-cu dəqiqədə qonaqların müdafiəçisi Kevin Medina cərimə meydançasında rəqib hücumçu Ülvi İsgəndərovun sifətinə şillə vursa da, matçın baş hakimi Kamranbəy Rəhimov qayda pozuntusu qeydə almayıb. Yeri gəlmişkən, Rəhimov ilk dəfə Premyer Liqa oyununa təyinat alıb.
Bu nəticədən sonra xallarını 27-yə çatdıran Ağdam klubu liderliyini qoruyub. "Qırmızı-qaralar" isə 22 xalla 3-cü pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" evdə "Keşlə"yə 2:1, "Neftçi" "Səbail"ə 1:0, "Zirə" isə səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Qəbələ" "Keşlə"ni məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün yeganə matçında "Keşlə" "Qəbələ"...