Azərbaycan Premyer Liqası: "Qarabağ"la "Kəpəz" üz-üzə gələcək
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XVII turunda bu gün daha iki görüş baş tutacaq.
BAKU.WS xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Qəbələ"ni qəbul edəcək.
Görüş Şamaxı şəhər stadionunda saat 14:00-da start götürəcək. Ayxan Abbasovun baş məşqçisi olduğu komada hazırda 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 11-ci yerdə olan "Qəbələ"nin isə 8 xalı var.
Günün son görüşü "Azərsun Arena"da "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək. Matç saat 16:30-da start götürəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 36 xalla turnir cədvəlində ikincidir. 10-cu yerdə olan "Kəpəz"in isə 9 xalı var.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. XVII tura yanvarın 25-də yekun vurulacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...