Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb
Foto
İdman 32

Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına start verilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, qitə çempionatının ilk günündə K44 kateqoriyasında 58 kq çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/4 finalda Polşadan olan Kasjan Mikolajczak üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.

Yarımfinal mərhələsində Türkiyə təmsilçisi Ali Can Özcan zədə səbəbindən döyüşə çıxmadığı üçün Azərbaycan təmsilcisi finala vəsiqə qazanıb.

Finalda isə Paralimpiya çempionu israilli Asaf Yasur ilə qarşılaşan Sabir Zeynalov son raundda məğlub olub və bununla da karyerasında ilk dəfə parataekvondo üzrə Avropa çempionatının gümüş medalını qazanıb.

Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər