Millimizin baş məşqçisi: "Dünya çempionluğunu xalqımıza ərmağan edirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Macarıstan üzərində qələbə qazanaraq dünya çempionu olmalarını şərh edib.
Mütəxəssis qazanılan qələbəyə görə Azərbaycan xalqını təbrik edib:
"Bütün xalqımızı təbrik edirəm. Çox gözəl qələbə oldu. Bunu xalqımıza ərmağan edirəm. Bu qalibiyyətdə əməyi olan hər kəsə, rəhbərliyə təşəkkür edirəm. Möhtəşəm qələbə idi. Bu hissləri yaşamaq lazımdır. Futbolda uduzmaq və qələbə qazanmaq da olur. Bütün oyunlara yüksək templə başlayarıq. Bu dəfə bütün istədiklərimizi həyata keçirə bildiyimiz üçün böyük hesab qeydə alındı".
Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək mundialın qalibi olub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...