Azərbaycan millisinin voleybolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin voleybolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb
İdman 1

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Polina Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, 33 yaşlı oyunçu Sultanlar Liqasında mübarizə aparan "Karayolları" komandasına keçib. O, Ankara təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

"Karayolları" hazırda ölkə çempionatında 13 oyundan sonra topladığı 4 xalla sonuncu - 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Polina Rəhimova son olaraq Vyetnamın "Duk Qianq” komandasında çıxış edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər