Azərbaycan millisinin üzvü Rusiyada gümüş medal qazandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının A Yüksək Liqasının ikincisi olub.
Azərbaycan Voleybol Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, blokçunun formasını geyindiyi “Severyanka” klubu son qarşılaşmada “Lokomotiv-2” ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi A Yüksək Liqanın gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin etapı lider kimi başa vuran “Severyanka” final mərhələsində topladığı xallara görə ikinci olub.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...