Azərbaycan millisinin oyunu qadın referiyə tapşırıldı
24
mar
2023
17:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsveç və Azərbaycan milli komandaları arasında Solna şəhərində keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, qarşılaşma Fransadan olan qadın hakimə tapşırılıb.
Referi Stefani Frappara həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.
Qeyd edək ki, martın 27-də "Friends Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin Avstriya ilə oyununun biletləri satışa çıxarılıb
Avstriya Futbol İttifaqı AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək ev oyunu üçün VIP biletləri satışa çıxarıb. BAKU.WS qurumun rəsm...