Azərbaycan millisinin kapitanı: Dünya çempionatına ən ciddi hazırlaşan bizim komanda idi
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi. Bu da bəhrəsiz qalmadı.
BAKU.WS xəbər verir ki, bunları "Report"a açıqlamasında Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında qalib olan Azərbaycan millisinin kapitanı Elvin Əlizadə deyib.
E.Əlizadə vurğulayıb ki, komanda minifutbol üzrə dünya çempionatına xüsusi hazırlaşıb: "Hazırlıqlarımız çox ağır idi. Çox çalışırdıq".
Onun sözlərinə görə, əldə olunan qələbə çəkilən zəhmətin, əziyyətin məqsədyönlü nəticəsi idi: "İlk oyunlarda meydança amili performansımıza təsir edirdi. Təkcə bizə yox, bütün komandaların oyununda bu məqam rol oynayırdı. Amma sonra adaptasiya olunduq".
Kapitan həmçinin azarkeşlərin sevgisindən də danışıb: "Bu hörməti qazanmaq bizi çox sevindirir".
Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma yığmanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...