DÇ-2026: Azərbaycan səfərdə Ukrayna millisinə məğlub olub
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.
Krakovdakı "Krakoviya" stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə bitib.
Ukraynalıların heyətində Aleksey Quçulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər. Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.
Qeyd edək ki, Fransa millisi 10 xalla D qrupunun lideridir. Ukrayna 7 xalla ikinci pillədə qərarlaşıb. 4 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.
***00:11
Oyunda üçüncü qol vurulub.
Ukrayna millisinin heyətində 65-ci dəqiqədə Ruslan Malinovski fərqlənib - 2:1.
***23:31
DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab bərabərləşib.
Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda yığmamız bərabərlik qolunu vurub -1:1.
45+3-cü dəqiqədə Nəriman Axundzadə "status-kvo"nu bərpa edib.
***23:15
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Ukrayna - Azərbaycan matçında hesab açılıb.
Rəqim komanda hesabda önə keçib.
***22:45
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Ukrayna - Azərbaycan matçına start verilib.
BAKU.WS xəbər verir ki, qarşılaşma Krakovdakı "Krakoviya" stadionunda keçirilir.
Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.
Oxşar xəbərlər
"Nyukasl" "Qarabağ" üçün nə dərəcədə təhlükəlidir? - Təmsilçimizin şansları dəyərləndirildi
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında idman jurnalisti Əli Cəfərovla "Qarabağ"ın öz meydanında "Nyukasl" futbol klubu ilə keçiriləc...