Azərbaycan millisi Millətlər Liqasında növbəti qələbəsini qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb.
“Report”un məlumatına görə, C Liqasının III qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri “Dalğa Arena”da Monteneqronu 3:0 hesabı ilə məğlub ediblər.
Ukraynalı hakim Anastasiya Romanyukun idarə etdiyi görüşdə yığmanın qollarını 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlak, 84-cü dəqiqədə isə Ayşən Əhmədova vurublar.
Qeyd edək ki, Azərbaycan millisi IV turdan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" Almaniya səfərindən məğlubiyyətlə ayrılır - YENİLƏNİB - 9
"Bayer" - "Qarabağ" oyunu 5-1 hesabı ilə yekunlaşıb. ***00:31 "Bayer" oyunda 5-ci qolu vurub. ***00:12 Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları ar...