Azərbaycan millisi bu gün San Marino ilə üz-üzə gələcək
09
iyn
2026
09:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avstriyada təlim-məşq toplanışını davam etdirən Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünə çıxacaq.
BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma San Marino millisi ilə qarşılaşacaq. Oyun Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Matçı Macarıstandan olan hakim Marton Ruş idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Malta yığmasına 0:2 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...