Azərbaycan Kuboku: 1/4 final cütləri məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, 1/8 final mərhələsinin bu gün keçirilən iki oyunundan sonra “Qarabağ” və “Neftçi”nin növbəti raunddakı rəqibi bəlli olub.
Hər iki görüşdə Premyer Liqa təmsilçiləri qələbə qazanıb.
"Keşlə" "Qaradağ Lökbatan"ı 2:1, "Sabah" isə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.
Azərbaycan kuboku
1/4 final
(1/2-12/13 fevral)
"Qarabağ" - "Keşlə""Neftçi" - "Sabah""Zirə" - "Səbail""Sumqayıt" - "Qəbələ"
Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə "Səbail" səfərdə "Zaqatala"nı 3:1, "Qəbələ" isə MOİK-i 2:1 hesabı ilə məğlub edib. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 12-13 fevralda gerçəkləşəcək. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...