Azərbaycan karateçisi Premyer Liqanın yarımfinalına vəsiqə qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda start götürən karate üzrə Premyer Liqa yarışına Azərbaycanın bir karateçisi finala çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Əminağa Quliyev (60 kq) 1/4 finalda Eray Şamdana (Türkiyə) 4:3 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Sultan Hüseynov (60 kq), Tural Ağalarzadə (66 kq) və son Avropa və İslamiada mükafatçısı Mədinə Sadıqova (55 kq) 1/4 finalda uduzub.
Qeyd edək ki, bu gün Azərbaycanın 8 karetisi tatamiyə çıxıb. Qrup görüşlərində Rafiz Həsənov, Firdovsi Fərzəliyev (hər ikisi 66 kq), Fərid Ağayev (75 kq) və İnci Əzizova (50 kq) mübarizə aparsa da, mərhələ adlaya bilməyiblər.
Xatırladaq ki, Bakıda keçirilən Premyer Liqa yarışına sentyabrın 4-də yekun vurulacaq.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...