III MDB Oyunları: Azərbaycan qılıncoynadanları günü 1 medalla başa vurublar

Azərbaycan qılıncoynadanları III MDB Oyunlarında günü 1 medalla başa vurublar.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mirxətai Məmmədov yarımfinalda Roman Selyutinə (Rusiya) uduzub.
O, şpaqa üzrə yarışda bürünc medalla kifayətlənib.
Qeyd edək ki, ümumilikdə qılıncoynatma millisinin heyətində 6 bürünc medal var.
*** 15:35
Azərbaycan III MDB Oyunlarında daha bir bürünc medalı təmin edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, buna səbəb şpaqa növündə mübarizə aparan Mirxətai Məmmədov ilə Vahab Fətullayevim 1/4 finalda bir-birlərinə rəqib olmasıdır.
İki qılıncoynadandan biri yarımfinala yüksələcəyi üçün Azərbaycan daha bir medalı təmin edib.
Misirzadə Oruc isə yarımfinala gedən yolda Nurməhəmməd Muminovla (Özbəkistan) qarşılaşacaq.
Oxşar xəbərlər
"Qarabağ"ın "Çelsi" ilə oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək? - RƏSMİ
UEFA Çempionlar Liqasının Liqa mərhələsində çıxış edən "Qarabağ" klubunun "Çelsi" ilə qarşılaşmasını Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırdığı barədə i...
