Azərbaycan idmançıları xizək alpinizmi üzrə Dünya Kubokunun final mərhələsində iştirak ediblər
30
mar
2025
17:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan idmançıları Fransanın Puy-Saint Vinsent qəsəbəsində keçirilən yeniyetmələr arasında xizək alpinizmi üzrə Dünya Kubokunun final mərhələsində iştirak ediblər.
BAKU.WS xəbər verir ki, Nəbiyulla Qələbəqiyev yarışın vertikal növündə 16 ölkədən olan 38 peşəkar idmançı arasında 7-ci, individual növdə isə 13 cü yerdə qərarlaşaraq xizək alpinizmi üzrə dünya reytinqində 53 idmançı arasında 12-ci yerə yüksəlib.
Digər idmançımız Ramin Beybutov isə vertikal növdə 31-ci, individual növdə isə 30-cu yerə sahib olub.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...