Azərbaycan idmançıları Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qalib olublar - FOTO
Batumidə “Grand Bellagio Championship" kikboksinq və MMA üzrə beynəlxalq turnir keçirilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Acarıstanda ilk dəfə keçirilən turnirdə doqquz döyüşdən dördü kikboksinq, beşi isə MMA qaydaları əsasında aparılıb.
Batumidə yerli idmançılarla yanaşı, Braziliya, Mərakeş, Rumıniya, Azərbaycan, Bəhreyn və Türkiyədən də idmançılar mübarizə aparıblar.
Turnirdə döyüşən azərbaycanlı idmançılar - dünyaca məşhur kikboksçu Zabit Səmədov, Ruslan Nağıyev və David Allahverdiyev rəqiblərinə nokautla qalib gəliblər.
Tədbirə həmçinin dünya məşhur idmançılar - amerikalı qaydasız döyüşçü, Hollivud filmlərinin aktyoru Bob Sepp və qol güləşi üzrə dünya çempionu Levan Saqinaşvili iştirak edib.
Tədbirin təşkilatçısı azərbaycanlı idmançı, kikboksinq üzrə 7 qat dünya, 3 qat Avropa çempionu, "Grand Bellagio Championship"nun prezidenti Alim Nəbiyevdir.
Qalereya
Oxşar xəbərlər
Bu gün "Ağ Canavar" ləqəbli tanınmış idmançının doğum günüdür
Bu gün "Ağ Canavar" ləqəbli Azərbaycanlı peşəkar kikboksçu, 28 qat dünya çempionu və bir çox titulların sahibi olan Eduard Məmmədovun doğum günüdür. BAKU.WS xəb...