Azərbaycan güləşçisi fransalı rəqibini məğlub edərək Avropa çempionatının qalibi olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.
"Report" xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Fransa idmançısı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gəlib.
74 kq çəkidə yarışan Ağanəzər Novruzov finalda rusiyalı İsmayıl Xaniyevə uduzaraq gümüş medalla kifayətlənib. Daha bir gümüş medalı isə Ceyhun Allahverdiyev (61 kq) aktivinə yazdırıb.
Sadiq Mustafazadə (92 kq) isə üçüncü yer uğrunda görüşdə qalib gələrək bürünc medala sahib çıxıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...