Azərbaycan güləşçisi: "Erməni rəqibimə qalib gələrək, bayrağımızı yüksəklərə qaldırdığım üçün fəxr edirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov (60 kq) dünya çempionatının finalında Ermənistan idmançısına qalib gələrək qızıl medal qazandığı üçün özünü xoşbəxt hiss edir.
Bunu "Report"a açıqlamasında Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında fəxri kürsünün birinci pilləsinə yüksələn idmançının özü deyib.
O, qələbəsini Azərbaycan xalqına və ailəsinə həsr etdiyini söyləyib:
"Bu hissləri sözlə ifadə etmək çətindir. Yarış mənim üçün çox möhtəşəm keçdi. Finaldan öncə həyəcan var idi. Ermənistan idmançılarına qarşı hər zaman görüşlərimiz prinsipial əhəmiyyət daşıyıb. Rəqibə qalib gələrək, Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün fəxr edirəm. Ən çətin görüşüm məhz finalda oldu. Hesabda geridə olsam da, sonradan toparlandım və uğurlu nəticə əldə etdim. Məni yarışa hazırlayan bütün məşqçilərimə və dəstəyinə görə Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Ayxan Cavadov həlledici görüşdə ermənistanlı Yurik Mxitaryana 12:5 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...