Azərbaycan güləşçisi: "Əminəm ki, növbəti illərdə medalımın əyarını qızıla dəyişəcəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov (55 kq) növbəti yarışlarda qızıl medal qazanacağına inanır.
Bunu "Report"a açıqlamasında Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında ikinci yeri tutan güləşçi özü deyib.
O, mundialda final qarşılaşmasında səhvə yol verdiyini etiraf edib:
"Ardıcıl üçüncü dəfə idi ki, dünya çempionatında finala yüksəlirəm. Bu il həm Avropa həm də dünya çempionatında gümüş medal qazandım. Əminəm ki, növbəti illərdə medalımın əyarını qızıla dəyişəcəm. Final görüşümdə müəyyən səhvlərə yol verdim. İnşallah, qarşıdakı yarışlarda hər şey daha yaxşı alınacaq".
Qeyd edək ki, Turan Daşdəmirov finalda iranlı Payam Balutakiyə 3:5 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...